Ərdoğan HƏMAS nümayəndə heyətini qəbul etdi
Dünya
04.04.2026 21:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HƏMAS Siyasi Bürosunun nümayəndə heyətini qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, qəbulda Qəzzadakı son vəziyyət müzakirə edilib.
Qeyd edək ki, martın 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ilə də müzakirələr aparıb. Görüşlərdə Qəzzada davam edən gərginlik, humanitar böhran, İordan çayının Qərb sahilində İsrailin atdığı addımlar və Qüdsdə Məscidül-Əqsaya tətbiq edilən məhdudiyyətlər gündəmə gətirilib.
tag: Ərdoğan,Türkiyə,HƏMAS,Görüş,TodayPress TV,
