Elon Musk Avropa ilə bağlı diqqətçəkən statistikanı paylaşdı
Dünya
28.12.2025 14:00
Amerikalı sahibkar Elon Musk Avropada əhali tərkibində ciddi dəyişikliklərin baş verdiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsindəki paylaşımında deyib.
Onun sözlərinə görə, Brüsseldə uşaqların 73 faizi avropalı mənşəli deyil və “böyük əhali dəyişikliyi artıq baş verib.
Musk Belçikanın rəsmi statistikasına istinad edən paylaşıma cavab verib. Məlumatlara görə, Brüssel-Paytaxt bölgəsində yerli belçika əsilli əhalinin payı 22 faiz təşkil edir. Ümumilikdə isə ölkə əhalisinin təxminən üçdə ikisi belçika mənşəlidir.
"StatBel"in açıqlamasına əsasən, Belçikada hər beş nəfərdən biri xarici mənşəlidir. Paytaxt Brüsseldə yaşayan azyaşlıların təxminən dörddə üçü isə qeyri-avropa mənşəli hesab olunur.
Elon Musk daha əvvəl də Brüsselin etnik tərkibinə dair fikirlər səsləndirərək şəhərin artıq klassik Avropa şəhəri kimi qiymətləndirilə bilməyəcəyini bildirmişdi.
Jalə Rövşən
tag: Elon Musk ,Avropa,Statistika ,Əhali ,Todaypress.tv,
