Əlcəzair BƏƏ ilə bütün körpüləri KƏSDİ– Hava məkanı bağlanır

Əlcəzair BƏƏ ilə bütün körpüləri KƏSDİ– Hava məkanı bağlanır
10.09.2026 22:44 Dünya

Əlcəzair sentyabrın 11-i yerli vaxtla saat 00:00-dan (Bakı vaxtı ilə 03:00) etibarən BƏƏ-də qeydiyyatdan keçmiş bütün mülki və hərbi təyyarələrin gəlişi və gedişi üçün hava məkanını bağlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Əlcəzair Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanata əsasən, istisna yalnız BƏƏ-nin Əlcəzairdəki Xvari Bumedyen adına beynəlxalq hava limanına və oradan həyata keçirilən mülki kommersiya reysləri üçün tətbiq olunacaq. Bu reyslər 2026-cı ilin sonunda müvafiq müqavilənin müddəti başa çatanadək davam edəcək.

Xatırladaq ki, sentyabrın 10-da Əlcəzair XİN kəskinləşən "təxribatçı və düşmənçilik hərəkətləri"nə cavab olaraq BƏƏ ilə diplomatik əlaqələri kəsmək qərarına gəldiyini bildirib. Qurum vurğulayıb ki, bu qərar "ikitərəfli münasibətləri qoruyub saxlamaq üçün bütün vasitələr" tükəndikdən sonra qəbul edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər