EKSKLÜZİV: AKINCI PUA Çin istehsalı hava hücumundan müdafiə sistemini məhv etdi
Sudan ordusu Türkiyə istehsalı “Bayraktar Akıncı” pilotsuz uçuş aparatının (PUA) köməyi ilə Çinin istehsalı olan FK-2000 hava hücumundan müdafiə sistemini məhv edib.
TodayPress TV xəbər verir ki, məhv edilən sistem Sudan hökumət qüvvələri ilə döyüşən Çevik Dəstək Qüvvələrinin (RSF) istifadəsində olub. Sistemlərin Birləşmiş Ərəb Əmirlikləri tərəfindən RSF-yə çatdırıldığı və tədarükün Çad ərazisi üzərindən həyata keçirildiyi bildirilir.
Hadisənin Cənubi Kordofan bölgəsinin Əd-Dubeybat ərazisində baş verdiyi qeyd olunur. Sudan ordusu tərəfindən yayılan görüntülərdə FK-2000 sisteminin radar və buraxılış qurğusunun zərbə nəticəsində məhv edildiyi görünür.