Ekranların rekord serialları uşaqları qatilə çevirdi - Dövlət prosesə müdaxilə etdi
Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən məktəb hücumlarından sonra televiziya seriallarında şiddət məzmunu yenidən müzakirə olunub.
TodayPress TV xəbər verir ki, türkiyəli jurnalist Birsen Altuntaşın xəbərinə görə, yayımlayıcılar uşaqların serialları daha çox "YouTube" üzərindən izləməsini nəzərə alaraq daha həssas davranmaq qərarına gəliblər.
Bu hadisələrdən sonra bəzi seriallar bir həftə efirə fasilə verib.
Bu çərçivədə “Eşref Rüya”, “Yeraltı”, “Teşkilat”, “Uzak Şehir”, “A.B.İ” və “Taşacak Bu Deniz” kimi şiddət və silahlı səhnələri olan seriallarda məzmunun daha diqqətli şəkildə işlənəcəyi və ssenarilərdə dəyişikliklərin ediləcəyi bildirilir.
Türkan İsgəndərli