Ekoloji cinayətlərdə şübhəli bilinən gəmi saxlanıldı

Dünya

03.04.2026 18:45

İsveç Sahil Mühafizəsi əməkdaşları Ystad şəhəri yaxınlığında “Flora 1” gəmisini ekoloji cinayətlərdə şübhəli olaraq saxlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Mülki Müdafiə naziri Karl-Oskar Bolin sosial mediada məlumat verib.

Bolin bildirib ki, 3 aprel səhər tezdən Sahil Mühafizəsi gəminin saxta bayraq altında fəaliyyət göstərdiyini müəyyən edib. “Flora 1” gəmisinin İsveçin eksklüziv iqtisadi zonasında, Qotlandın şərqində baş verən neft dağılmasından sonra ekoloji cinayətlər törətməkdə şübhəli olduğu qeyd olunur.

Bu, İsveçin cənub sahillərində gəmilərlə bağlı narahatlıqların davamıdır. Mart ayında “Sea Owl I” tankerinin rus kapitanı saxta sənədlərdən istifadə ittihamı ilə həbs olunmuşdu. Gəmi Trelleborq sahillərində saxlanılıb və Komor bayrağı altında üzən 228 metrlik tanker saxta qeydiyyatdan istifadə etməkdə şübhələnirdi.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsveç,Gəmi,Ekologiya,Cinayət,Todaypress.tv,