Əfqanıstandan Tacikistana keçən silahlılar zərərsizləşdirildi
Əfqanıstanla sərhədi keçərək qanunsuz yolla Tacikistana daxil olan dörd silahlı zərərsizləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.
Məlumata əsasən, terror təşkilatının dörd silahlı üzvü yanvarın 18-nə keçən gecə Əfqanıstanın Bədəxşan əyaləti tərəfdən Tacikistanın Xatlon vilayəti ərazisinə qeyri-qanuni yolla daxil olublar.
Türkan İsgəndərli