Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ü keçdi
Əfqanıstanda baş verən güclü zəlzələnin fəsadları artır.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, ölənlərin sayı 800 nəfəri ötüb, yaralıların sayı isə 2,800-ə çatıb.
Qurbanların sayı son bir neçə saatda sürətlə artıb. Cəmi bir neçə saat ərzində 200 nəfər daha həyatını itirib.
Bu zəlzələ son iki ildə Əfqanıstanda qeydə alınan ən güclü zəlzələ hesab olunur.
Dağıntılar altından cəsədlər çıxarılır, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılır. Axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, zəlzələnin 6 bal gücündə olduğu bildirilir.
Türkan İsgəndərli