Əfqanıstanda zəlzələ: Ölənlər var
Əfqanıstanın mərkəzində 6,3 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar Məzari-Şərif şəhərindən 45 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində 7 nəfər ölüb, 150 nəfər yaralanıb. Hakimiyyət orqanları bildirir ki, ölən və yaralananların sayı arta bilər. Məzari-Şərifin əhalisi təxminən 303 min nəfərdir.
Türkan İsgəndərli