Əfqanıstanda 5,8 maqnitudalı zəlzələ oldu

Əfqanıstanda 5,8 maqnitudalı zəlzələ oldu
03.04.2026 22:00 Dünya

Əfqanıstan ərazisindəki Hinduquş dağlarında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

TodayPress TV  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri təxminən 161 min əhalisi olan Kunduz şəhərindən 179 km şərqdə yerləşib. Ocağı isə 186 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər