Dünyada hamı evsiz və yeməksiz qalacaq - Hava insanlığın ən böyük düşməninə çevrilir
Dünya
21.05.2026 11:24
ABŞ-nin mərkəzi ştatlarında son bir gündə 20 tornado qeydə alınıb.
TodayPress TV xəbər verir ki, təbii fəlakətlər nəticəsində dağıntılar və insan itkiləri var, bir çox bölgədə isə iri dolu yağıb.
Sinoptiklər xəbərdarlıq edirlər ki, qarşıdakı 14 gün ərzində ABŞ-nin 6 ştatında güclü yağıntılar və dağıdıcı tufanlar gözlənilir. Təxminən 50 milyon insan risk zonasındadır.
Hazırda dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələri müşahidə olunur. Avstraliyanın cənub-şərqində tarixi yağıntı rekordları qırılıb, bəzi ərazilərdə əhali təxliyə edilir.
Ən ağır vəziyyətlərdən biri Afrikada yaşanır. Cənubi Afrikada hökumət Milli Fəlakət Vəziyyəti elan edib. Güclü yağışların yaratdığı sel nəticəsində on minlərlə insan evsiz qalıb.
Mərakeş və Əlcəzairdə isə cəmi iki gün ərzində bəzi bölgələrə 1-2 illik yağış norması düşüb. Hətta Saxara səhrasının bəzi hissələrində göllərin yarandığı bildirilir.
Mütəxəssislər bildirirlər ki, qlobal istiləşmə yalnız havaların isinməsi demək deyil. Qrenlandiya və Antraktidada buzlaqların əriməsi okeanların duzluluq balansını dəyişir. Planet isinərkən okeanlardan buxarlanma artır və atmosferdə daha çox su buxarı toplanır.
Nəticədə iqlim anomaliyaları daha da güclənir. Normalda quraq olan bölgələrdə güclü yağışlar yağır, yağıntıya öyrəşmiş ərazilər isə quraqlıq təhlükəsi ilə üzləşir.
Türkan İsgəndərli
tag: Hava,Tornado,Yağış,Sel,Todaypress.tv,
