İsveçrənin UBS bankının araşdırmasına görə, 2025-ci ilin aprelində dünya üzrə dollar milyarderlərinin sayı bir il ərzində 287 nəfər artıb.
TodayPress TV xəbər verir ki, bu göstərici, 2021-ci ildəki rekord artım istisna olmaqla, son illərin ən yüksək nəticələrindən biridir.
Hazırda dünyada ümumilikdə 2919 milyarder var — onların 2545-i kişi, 374-ü isə qadındır. Milyarderlərin ümumi sərvəti il ərzində 13% artaraq 15,8 trilyon dollara çatıb.
UBS-in məlumatına əsasən, ən çox milyarder ABŞ-da yaşayır (924 nəfər). Asiya-Sakit okean regionu ikinci, Avropa, Yaxın Şərq və Afrika isə üçüncü yerdədir.
Forbes-in sentyabr reytinqinə görə, dünyanın ən varlı adamı yenə də Elon Musk-dır — onun sərvəti 400 milyard dolları keçib. İkinci yerdə Oracle-ın həmtəsisçisi Larri Ellison (276 milyard dollar), üçüncü yerdə isə Meta-nın qurucusu Mark Zukerberq (253 milyard dollar) qərarlaşıb.
Jalə Rövşən
