Dünya bazarında neft kəskin bahalaşdı: "Brent" 141 dolları keçdi
Dünya
02.04.2026 23:50
Aprelin 2-də "Dated Brent" neft etalonunun dəyəri 2008-ci ildən bəri ilk dəfə bir barel üçün 140 dolları ötüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "S&P Global"a istinadən məlumat yayıb.
Bildirilib ki, "Dated Brent" Şimal dənizində hasil edilən və Şimal dənizi limanlarından yüklənən, müəyyən çatdırılma tarixinə malik fiziki yüngül neftin qiymətləndirilməsi üçün istifadə olunur. Bu etalon, dünya neft müqavilələrinin yarıdan çoxu üçün əsas qiymət elementidir.
Nəşr xatırladıb ki, aprelin 1-də "Dated Brent"in qiyməti bir barel üçün 128 dollardan bir qədər çox idi. Lakin aprelin 2-də etalonun qiyməti barel başına 141,37 dollara qədər bahalaşıb ki, bu da 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlanğıcında qeydə alınan maksimum göstəricilərdən yüksəkdir.
Aysel Mətləb
tag: Neft,Dünya,Bazar,Brent,TodayPress TV,
