DİQQƏT: Təhlükə yaxınlaşır! YAXIN SAATLARDA..
Dünya
02.04.2026 12:59
Yer kürəsində yaxın saatlarda orta səviyyəli maqnit qasırğası baş verə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Məlumata görə, geomaqnit aktivlik 2 aprel səhər saatlarından başlayıb və buna Günəşdə yaranmış koronal dəlik səbəb olub.
Alimlər bildirir ki, yaxın saatlarda G1–G2 səviyyəli maqnit qasırğaları müşahidə oluna bilər.
Qeyd olunur ki, bu proses 3 aprelədək davam edəcək və Günəşdə aktivlik hazırda orta səviyyədə qiymətləndirilir.
Eyni zamanda vurğulanır ki, Günəş diskinin mərkəzinə doğru böyük ləkələr qrupu yaxınlaşır və bu, əlavə təsirlər yarada bilər.
Mütəxəssislər əlavə edir ki, əvvəl gözlənilən plazma buludu Yerə çatmayıb və kosmosda yan keçib.
Qiymət Mahir
tag: Günəş ,Yer,Rusiya ,Alim,TodayPress TV,
