NATO ölkəsinin hava məkanı bir daha pozuldu - vəziyyət gərginləşir
Rumıniya Prezidenti Nikuşor Dan ölkənin hava məkanında daha bir pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, dövlət başçısının sözlərinə görə, hadisə bu gün səhər saat 08:30 radələrində Sfantu Georgi (Delta) yaşayış məntəqəsindən təxminən 10 kilometr qərbdə baş verib.
Məlumata əsasən, Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatı Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən vurulub.
Hadisənin araşdırıldığı bildirilib.