Çində torpaq sürüşməsi 16 nəfərin həyatına son qoydu

Çində torpaq sürüşməsi 16 nəfərin həyatına son qoydu
10.09.2026 08:55 Dünya

Çinin cənub-şərqində yerləşən Cianşin əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 16 nəfər ölüb.

TodayPress TV "Sinxua" agentliyinin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, Suiçuan bölgəsində bir neçə gündür güclü yağışlar yağır.

Yağıntılar nəticəsində torpaq sürüşmələri və sel hadisələri baş verib.

Fəlakət bölgəsindən 18 mindən çox sakin təxliyə edilib. Ərazidə xilasetmə və axtarış işləri davam etdirilir.

Qeyd edək ki, son günlər regionda təbii fəlakətlər ciddi itkilərə səbəb olub. Sentyabrın 5-də Nepalda baş verən daşqınlar nəticəsində 1300-dən çox insanın öldüyü bildirilib.

Avqustun 26-da isə Nepalın Tibetlə sərhədində qəfil güclü daşqın baş verib. Alimlərin ilkin araşdırmalarına görə, fəlakətə təkcə buzlaq uçqunu deyil, böyük buz kütləsi ilə birlikdə Langtanq Lirunq zirvəsində dağ yamacının bir hissəsinin çökməsi də səbəb olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər