Çində Tailand və Kamboca arasında iki günlük danışıqlar başlayır

Dünya

28.12.2025 18:00

Tailandın Xarici İşlər naziri Sixasak Pxuanqketkeu və Kambocanın xarici işlər naziri Prak Sokxon Çinin Yunnan vilayətində iki günlük danışıqlara start veriblər.

TodayPress TV xəbər verir ki,  bu barədə "Associated Press" məlumat yayıb. 

Danışıqlarda əsas məqsəd iki ölkə orduları arasında əldə edilmiş atəşkəsdən sonra davamlı sülh sazişinə nail olmaqdır.

Çin tərəfi danışıqlar üçün meydan təqdim etməyə və Tailandla Kambocanın daha dərin təmaslar qurmasına şərait yaratmağa hazır olduğunu bəyan edib.

Çinin xarici işlər nazirləri Van İ hər iki ölkənin nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək, daha sonra üçtərəfli danışıqlar planlaşdırılıb. P.Sokxon Pekinə atəşkəs rejiminin dəstəklənməsindəki roluna görə təşəkkürünü bildirib.

Tailand Xarici İşlər Nazirliyindən verilən açıqlamada danışıqların uzunmüddətli atəşkəsə və davamlı sülh sazişinə gətirib çıxarmalı olduğu vurğulanıb. Nazir S.Pxuanqketkeu isə Çindəki görüşlərin Kambocanı münaqişəni yenidən başlatmaq cəhdlərindən çəkindirməli olduğunu qeyd edib.

Jalə Rövşən 

TodayPress TV

tag: Çin ,Komboca ,Tayland ,Danışıq ,Todaypress.tv,