Çində gəmi faciəsi: 25 nəfər öldü, 12 nəfər xilas edildi
Çinin Çindao şəhərindəki gəmiqayırma zavodunda Liberiya bayrağı altında üzən gəmi yanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “VesselFinder” portalı məlumat yayıb.
Gəminin üzərində “Ocean Melody” adı qeyd olunub. Açıq məlumatlara əsasən, bu adda quru yük gəmisi avqustun 28-də Tsyansu əyalətinin şərqində yerləşən Taytsan limanından çıxıb və avqustun 30-da Çindaoya çatmalı idi.
Agentliyin yaydığı məlumata görə, təmir olunan gəmidə baş verən yanğın nəticəsində 25 nəfər ölüb. Gəminin göyərtəsində 42 nəfər olub. Onlardan 12 nəfər təxliyə edilib. 5 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti stabil qiymətləndirilir.
Çin Xalq Respublikasının sədri Si Cinpin yanğının səbəblərinin operativ şəkildə araşdırılmasını tələb edib.
Aysel Mətləb