Çin hərbi gəmilərin sayında ABŞ-ni geridə qoydu
Çin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin sayı 400-ü ötüb.
TodayPress TV “The Wall Street Journal”a istinadən xəbər verir ki, ABŞ məlumatlarına istinadən yaydığı xəbərə görə, Pekin 2020-ci ildən bəri donanmasına 71 əsas döyüş gəmisi və sualtı qayıq əlavə edib.
Gəmi sayına görə Çin donanması ABŞ Hərbi Dəniz Qüvvələrini təxminən 35 faiz qabaqlayır.
ABŞ ümumi donanma tonnajına görə liderliyini qorusa da, Çinin sürətlə genişlənən gəmiqayırma potensialı Hind-Sakit okean regionunda dəniz qüvvələri balansını dəyişir.
Zəhra Məmmədova