Ukraynaya hərbi qüvvə göndəriləcək? 36 ölkə Polşada hazırlaşır
Polşada ilk dəfə “İstəkli ölkələr koalisiyası”nın hərbi təlimləri keçiriləcək.
TodayPress TV xəbər verir ki, “Le Monde” nəşrinin məlumatına görə, noyabrın 9-da Nova-Demba hərbi poliqonunda “Koalicja” adlı təlimlərə start veriləcək. Təlimlər noyabrın 22-dək davam edəcək.
Təlimlərin əsas məqsədi Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi 36 ölkənin silahlı qüvvələrinin müharibə başa çatdıqdan sonra Ukraynaya mümkün yerləşdirilməyə hazırlığını yoxlamaqdır.
ABŞ hərbi təlimlərdə iştirak etməyəcək. Vaşinqtonun gələcəkdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin edilməsində hansı rolu oynayacağı isə hələlik qeyri-müəyyən olaraq qalır.
Kübra Musayeva