Britaniya Aİ-yə qayıtsa... - Nə dəyişəcək?

Britaniya Aİ-yə qayıtsa... - Nə dəyişəcək?
03.11.2026 05:20 Dünya

Böyük Britaniya Avropa İttifaqına (Aİ) yenidən üzvlük üçün müraciət edəcəyi təqdirdə avro və Şengen zonalarından kənarda qala bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ-nin iki nümayəndəsinə istinadən məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, Brüssel bu məsələdə çevik mövqe nümayiş etdirə bilər. Bu səbəbdən Böyük Britaniyanın vahid valyutaya və ya Aİ-nin vizasız gediş-gəliş zonasına qoşulması məcburi olmaya bilər. Çünki bu məsələlər bəzi britaniyalı seçicilərdə narahatlıq yaradır.

Aİ nümayəndələri bildiriblər ki, hazırda Böyük Britaniyanın birliyə yenidən qoşulması ilə bağlı təşkilatın rəsmi mövqeyi yoxdur. Bununla belə, onların sözlərinə görə, danışıqlar zamanı ölkənin mövcud şəraiti nəzərə alınacaq.

“Teorik olaraq standart yanaşma mövcuddur, lakin praktikada bu, daha çevik olur. Müxtəlif modellər var”, – deyə rəsmilərdən biri bildirib.

Bununla yanaşı, avroskeptiklər hesab edirlər ki, Böyük Britaniya Aİ-yə qayıdacağı təqdirdə, çox güman ki, Şengen zonasına və vahid valyutaya qoşulmalı olacaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər