REKORD: Rusiya bir gündə 2 500-dən çox əsgər itirdi! - İDDİA
Ukrayna bir gündə 2 500-dən çox Rusiya hərbçisinin öldürüldüyünü və ya ağır yaralandığını iddia edir.
TodayPress TV xəbər verir ki, Ukrayna ordusunun açıqladığı məlumatlara görə, noyabrın 1-də Rusiya ordusu 2 500-dən çox şəxsi heyət itkisi verib.
Bu, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən bəri qeydə alınan ən yüksək gündəlik itki göstəricisi hesab olunur.
Ukraynanın məlumatına əsasən, Rusiya ordusunun itkiləri cəbhənin müxtəlif istiqamətlərində qeydə alınıb. Bildirilən rəqəm öldürülən və ağır yaralanan hərbçiləri əhatə edir və oktyabrın 22-də qeydə alınmış əvvəlki rekordu da geridə qoyur.
Jalə Rövşən