“Bavariya”da zədə kabusu: Ulduzların qayıdışı gecikir!

“Bavariya”da zədə kabusu: Ulduzların qayıdışı gecikir!
03.11.2026 10:06 İdman

"Bavariya” Dortmund “Borussiya”sı ilə 2:2 hesablı heç-heçə etdiyi oyunda bir neçə futbolçusunu zədə səbəbindən itirib.

TodayPress TV xəbər verir ki, Münhen təmsilçisinin idman direktoru Maks Eberl zədələnən oyunçuların nə vaxt meydana qayıda biləcəkləri barədə məlumat verib.

Ən ciddi zədələri Serj Qnabri və İsmayıl Saybari alıblar. Eberlin sözlərinə görə, almaniyalı vinger Milad bayramına qədər meydana qayıda bilməyəcək. Saybaridə isə sağ ayaq biləyinin bağının qopması aşkarlanıb. Onun bərpası təxminən 3-4 ay çəkəcək.

“Serjin Milad bayramına qədər komandaya kömək edə bilməyəcəyini gözləyirik. Saybarinin sindesmoz bağının qopması səbəbindən bərpası 3-4 ay davam edəcək”, – deyə Eberl bildirib.

Klub rəhbəri Camal Musiala və Luis Diasın da yaşıl meydanlara qayıdış müddətini açıqlayıb. “Bavariya” almaniyalı futbolçunun növbəti beynəlxalq fasilə zamanı komanda ilə ümumi məşqlərə qoşulacağına ümid edir. Diasın isə böyük ehtimalla fasilədən sonra kollektivə qayıdacağı gözlənilir.

Bu arada, UEFA Çempionlar Liqasında bu gün “Atletiko” ilə keçiriləcək matç öncəsi Maykl Olise və Manuel Noyerin vəziyyəti ilə bağlı müsbət xəbərlər yayılıb. Hər iki futbolçu Münhen təmsilçisinin son məşqində iştirak edib. Olise sağ dizində sarğı ilə məşq edib, Noyer isə ayaq vətərindəki qıcıqlanmadan sonra bərpa olunub.

Onların Madrid təmsilçisi ilə qarşılaşmada meydana çıxması mümkündür.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər