İrana nüvə bombası atılsa, radiasiya hansı ölkələrə çata bilər?

İrana nüvə bombası atılsa, radiasiya hansı ölkələrə çata bilər?
03.11.2026 09:46 Dünya

İranın yeraltı nüvə obyektinə mümkün zərbə təkcə ölkənin özünü deyil, bütövlükdə regionu narahat edən nəticələrə səbəb ola bilər. Əsas təhlükə isə partlayışdan sonra küləklə müxtəlif istiqamətlərə yayıla biləcək radioaktiv çöküntülərdir.

TodayPress TV  “Mario Nawfal” “X” kanalına istinadən xəbər verir ki , Çikaqo Universitetinin professoru Robert Pape bildirib ki, Tramp İranın dərinlikdə yerləşən “Pickaxe Mountain” nüvə obyektinə qarşı nüvə zərbəsi endirmək təzyiqi ilə üzləşə bilər. 

O xəbərdarlıq edib ki, belə bir zərbə nəticəsində yaranacaq radioaktiv bulud hədəf ərazidən xeyli uzaqlara yayıla bilər.

Modelləşdirməyə əsaslanan ehtimal ssenarisinə görə, radioaktiv çöküntülər Fars körfəzi regionuna, Əfqanıstana və Pakistana qədər yayıla bilər. 

Küləyin istiqamətindən və nüvə silahının gücündən asılı olaraq, daha aşağı konsentrasiyalı radioaktiv maddələr Hindistanın bəzi bölgələrinə də çata bilər.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər