Kanadanın Toronto Universitetində atəş açıldı: Polis kampusu mühasirəyə aldı

Kanadanın Toronto Universitetində atəş açıldı: Polis kampusu mühasirəyə aldı
03.11.2026 09:10 Dünya

Kanadada Toronto Universitetinin yataqxanasına atəş açılıb, ərazidə sığınacaq əmri verilib.

TodayPress TV  “905HUB” “X” kanalına istinadən xəbər verir ki, Kanadanın Toronto Universitetinin Mississauqa kampusunda yerləşən yataqxanasında atəş açılmasından sonra ərazidə genişmiqyaslı polis əməliyyatı başlayıb.

Universitet yataqxanaya atəş açıldığını təsdiqləyib. Hadisədən sonra ətraf ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb və insanlara olduqları yerdə qalaraq sığınacaqda gizlənmək barədə göstəriş verilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kampus ərazisində çoxsaylı polis əməkdaşları və helikopter müşahidə olunub. Ərazidə polis helikopterinin və onlarla polis avtomobilinin olduğunu bildirib.

Daha sonra yayılan məlumatlarda universitet rəhbərliyinin insanları təhlükəsizlik məqsədilə olduqları yerdə qalmağa çağırdığı qeyd edilib.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər