Ceymsin şərab içdiyi stəkan azarkeşin marağına səbəb olmadı - VİDEO
“Filadelfiya” klubunun azarkeşi NBA-in müntəzəm çempionatında keçirilən oyun zamanı komandanın ulduz basketbolçusu LeBron Ceymsin şərab içdiyi stəkanı atıb.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN telekanalının jurnalisti Kris Rim “X” sosial şəbəkəsində məlumat yayıb.
Hadisə noyabrın 3-nə keçən gecə “Filadelfiya” və “Çikaqo Bulls” komandaları arasında keçirilən ev oyununda baş verib.
Azarkeş stəkanı saxlamamasının səbəbini belə izah edib: “O da mənim kimi insandır”.
Qeyd edək ki, “Filadelfiya” görüşdə 126:107 hesabı ilə qələbə qazanıb.
LeBron Ceyms meydanda 31 dəqiqə keçirib. O, 15 xal, 7 ribaund, 9 məhsuldar ötürmə və 1 top oğurlaması ilə yadda qalıb. Basketbolçu oyundan 13 atışın 6-sını, cərimə atışlarından isə 5 cəhdin 3-nü dəqiq yerinə yetirib. Onun hər iki üçxallıq atışı isə uğursuz olub.
Namiq HUN