Yeni ombudsman bu gün seçiləcək

Yeni ombudsman bu gün seçiləcək
03.11.2026 09:56 Siyasət

Azərbaycanın yeni İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) bu gün seçiləcək.

TodayPress TV xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, plenar iclasda Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələyə baxılacaq.

Qeyd edək ki, bu vəzifəyə üç namizəd təqdim edilib: Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayev.

TodayPress TV 

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər