Avropada "ordusuzlaşma" qorxusu: Çexiyada prezidentlə hökumət qarşı-qarşıya gəldi!

Avropada "ordusuzlaşma" qorxusu: Çexiyada prezidentlə hökumət qarşı-qarşıya gəldi!
03.11.2026 06:10 Dünya

Çexiya hökuməti 2040-cı ilədək milli silahlı qüvvələrin qurulması konsepsiyasını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə “denikn” portalı məlumat yayıb.

Tamamilə müqavilə əsasında formalaşdırılan ordunun qurulması ilə bağlı yeni konsepsiyaya əsasən, hərbçilərin sayının 32 min nəfərə çatdırılması, 15 min nəfərin isə aktiv ehtiyatda saxlanılması nəzərdə tutulur. Həmçinin müasir pilotsuz uçuş aparatlarının silahlanmaya qəbuluna üstünlük verilməsi və milli hava hücumundan müdafiə sisteminin gücləndirilməsi planlaşdırılır.

Sənəddə vurğulanır ki, son illərdə Avropanın təhlükəsizlik sahəsində vəziyyəti əhəmiyyətli dərəcədə pisləşib və Avropanın müdafiəsinə görə məsuliyyət ABŞ-dən Avropa dövlətlərinə keçir.

Nazirlər Kabinetinin iclasında Çexiya Prezidenti Petr Pavel də iştirak edib. Çexiya mediasının məlumatına görə, o, konsepsiyanı tənqid edərək qeyri-real adlandırıb. Onun sözlərinə görə, konsepsiya silahlı qüvvələrin tam döyüş qabiliyyətinin təmin edilməsi kimi əsas məqsədə uyğun deyil.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər