Çin ABŞ-dən neft almağı dayandırdı

Çin ABŞ-dən neft almağı dayandırdı
31.07.2025 12:10 Dünya

2025-ci ilin iyununda Çin son 3 ildə ilk dəfə olaraq ABŞ-dən neft almağı dayandırıb.  

TodayPress TV xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Çin Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb. 

May ayında Amerikanın Çinə xammal tədarükü aylıq 4,2 dəfə azalaraq 72,8 milyon dollar olaraq qiymətləndirilib. Yanvarda ABŞ 461,5 milyon dollara, dekabrda isə 513 milyon dollara neft tədarük edib. 2025-ci ilin əvvəlindən xammal idxalı 1,33 milyard dollar təşkil edib, illik tədarük 1,9 dəfə azalıb. 

Eyni zamanda, Çin Səudiyyə Ərəbistanından, Malayziyadan, Küveytdən neft alışını artırıb.  

Aysel Mətləb

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər