CHP ana müxalifət statusunu itirdi - Türkiyədə müxalifət dəyişdi
Türkiyə siyasətində mühüm dəyişiklik baş verib.
TodayPress TV xəbər verir ki, CHP-nin keçmiş sədri Özgür Özəl və onu dəstəkləyən 91 millət vəkili partiyadan rəsmən istefa edərək "YENİ Parti" adlı yeni siyasi təşkilatın yaradıldığını elan ediblər.
Özgür Özəl yeni partiyanın təsis sənədlərini imzalayarkən, "Vətənimizə, millətimizə, partiyamıza xeyirli olsun" sözlərini deyib. Yeni partiyanın loqosu da ictimaiyyətə təqdim olunub, təsis sənədləri isə Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim edilib.
Kütləvi istefadan əvvəl CHP-nin Türkiyə Böyük Millət Məclisində (TBMM) 135 millət vəkili var idi. 91 deputatın yeni partiyaya keçməsindən sonra CHP-nin parlamentdəki deputat sayı 44-ə düşüb.
Bu dəyişiklikdən sonra "YENİ Parti" 91 millət vəkili ilə TBMM-də ikinci ən böyük siyasi qrupa çevrilərək əsas müxalifət statusunu qazanıb. CHP isə 44 mandatla parlamentdə beşinci sıraya geriləyib və uzun illər daşıdığı əsas müxalifət mövqeyini itirib.
Jalə Rövşən