Cənubi Koreya: Şimali Koreya əsgərləri sərhədi keçdi
Şimali Koreya hərbçilərinin son bir ay ərzində Koreyalararası demarkasiya xəttini 20 dəfədən çox keçdiyi açıqlanıb.
TodayPress TV xəbər verir ki, "Yonhap" Xəbər Agentliyinin məlumatına görə, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndələri məlumat veriblər.
Qeyd olunub ki, 2025-ci ilin bütün ili ərzində demarkasiya xəttinin cəmi 17 dəfə pozulması qeydə alınıb.
Cənubi Koreya tərəfi bildirib ki, bu il demarkasiya xəttinin bəzi hissələrində aparılan işlər zamanı pozuntular baş verib. Hərbçilər hadisələrin Şimali Koreya ordusunun fəaliyyətində xüsusi dəyişikliklə bağlı olduğunu düşünmürlər.
Məlumata görə, bundan əvvəl Cənubi Koreya prezidenti Li Çje Myonq Koreyalararası dialoq kanallarının bərpası ilə bağlı göstəriş verib.
Avqust ayında isə Li Çje Myonq Şimali Koreyanı qarşılıqlı təhdidlərdən imtina etməyə və iki ölkə arasında müharibəyə son qoymaq məqsədilə birbaşa danışıqlara başlamağa çağırıb. Prezident, həmçinin Pxenyanın nüvə proqramının dayandırılması yollarının müzakirə edilməsini təklif edib.
Türkan İsgəndərli