"Bu işi bitirək, yoxsa razılaşma imzalayacaqlar?" - Tramp
Dünya
20.05.2026 21:22
ABŞ Prezidenti Donald Tramp son vaxtlar Venesuela ilə İranda "uğurlu addımlar" atdığını ifadə edərək, İranın hərbi potensialına ciddi ziyan vurduqlarını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Konnektikut ştatında yerləşən Sahil Mühafizə Akademiyasının məzuniyyət mərasimindəki çıxışı zamanı danışıb.
"Hər şeyi getdi; donanmaları getdi, hərbi hava qüvvələri getdi, demək olar ki, hər şey. Hazırda yeganə sual budur: Gedib bu işi bitirəcəyik, yoxsa bir razılaşma imzalayacaqlar? Baxaq görək nə olur", - deyə Amerika lideri vurğulayıb.
ABŞ Prezidenti, həmçinin, İsrail Baş naziri Binyamin Netanyahunun İrana qarşı hücumları nə qədər təxirə salacağı ilə bağlı danışıb:
"O, mən onun nə etməsini istəyirəmsə, onu da edəcək".
Aysel Mətləb
tag: Tramp,ABŞ,İran,Venesuela,TodayPress TV,
