Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ

Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ
01.08.2026 20:23 Dünya

İranın danışıqlar heyətinin müşaviri Məhəmməd Mərəndi Körfəz ölkələrinə sərt xəbərdarlıq edib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Mərəndi bildirib ki, Tramp administrasiyasının açıqlamalarına əsasən, aylarla davam edən “barbar təhdidlərdən” sonra bu gecə Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, BƏƏ və ehtimal ki, Oman üçün normal həyatın son gecəsi ola bilər.

O qeyd edib ki, İranın mülki infrastrukturuna qarşı hücumlar həyata keçirilərsə, adıçəkilən ölkələrin, eləcə də “Sionist rejim” və bəlkə də İordaniyanın kritik infrastrukturu məhv ediləcək.

Mərəndi həmin ölkələrdə yaşayan insanları dərhal təxliyəyə hazırlaşmağa çağırıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər