Brüsseldən Kremlə xəbərdarlıq: "Avropa buna cavab verəcək!"
Dünya
21.05.2026 18:10
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiyanın Baltikyanı ölkələrə qarşı hədələri və Aİ-nin şərq sərhədləri yaxınlığında baş verən pilotsuz uçuş aparatları (PUA) insidentləri ilə bağlı xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə platformasında yazıb.
"Rusiyanın Baltikyanı dövlətlərimizə qarşı açıq hədələri tamamilə qəbuledilməzdir. Heç bir şübhə olmasın ki, bir üzv dövlətə qarşı yönəlmiş hədə, bütün İttifaqımıza qarşı hədədir", - deyə Fon der Lyayen bildirib.
O, həmçinin əlavə edib ki, insanların həyatını və təhlükəsizliyini təhlükəyə atan PUA-lara görə Rusiya və Belarus birbaşa məsuliyyət daşıyır. Onun sözlərinə görə, Avropa buna birlik və güclə cavab verəcək.
Aysel Mətləb
tag: Avropa ,Ursula fon der Lyayen,Rusiya,Belarus ,TodayPress TV,
