Britaniya Ukrayna ilə birgə PUA istehsal edəcək
Ukrayna prezidenti Volodimir Zelenskinin Böyük Britaniyaya səfəri zamanı Britaniyanın Baş naziri Kir Starmer müdafiə sektorunda birgə dron istehsalı təşəbbüsünü elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Onun sözlərinə görə, bu, hər iki ölkə üçün dronların birgə sənaye istehsalına dair ilk müqavilədir. Starmer bildirib ki, bu razılaşma Kiyevə dəstək üçün böyük əhəmiyyət kəsb edir.
Yeni hərbi texnologiya mübadiləsi yalnız Ukraynada pilotsuz təyyarələrin istehsalını artırmayacaq, həm də Britaniya müdafiə sənayesini Ukrayna müəssisələrinin son illərdə cəbhədə pilotsuz təyyarələrdən istifadə təcrübəsi ilə birləşdirəcək.
Müqavilə növbəti üç il üçün nəzərdə tutulub.
Türkan İsgəndərli