Britaniya Hörmüz boğazını açmaq üçün 35 ölkədən ibarət koalisiya yaradır

Dünya

01.04.2026 21:10

Britaniya bu həftə Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün koalisiya yaratmaq məqsədilə 35 ölkə ilə danışıqlar aparacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti rəsmilərə isinadən məlumat yayıb.

Məlumata görə, Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, xarici işlər nazirlərinin görüşündə hərbi əməliyyatların dayandırılmasından sonra boğaza giriş və təhlükəsizliyin təmin edilməsinin yolları müzakirə olunacaq. Dənizçilik variantlarını müzakirə etmək üçün hərbi görüş də keçiriləcək.

Nəşr qeyd edir ki, Fransa, Niderland və Körfəz ölkələri koalisiya üçün mövcud olan resurslarla bağlı müzakirələrdə iştirak edirlər. Onlar ticarət gəmilərinin hərbi müşayiəti, boğazda minaların təmizlənməsi və İranın mümkün hücumlarından qorunmaq tədbirlərinin müzakirə olunduğunu bildiriblər.

Aysel Mətləb

TodayPress TV

tag: Britaniya,Kir Starmer,Hörmüz,Kaolisiya,TodayPress TV,