Britaniya Hörmüz boğazında missiyaya hazırlaşır
Dünya
17.04.2026 21:45
Britaniya gəmiçilik azadlığını qorumaq məqsədilə Hörmüz boğazında hərbi missiya yerləşdirməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Britaniyanın Baş naziri Kir Starmer qeyd edib ki, müdafiə missiyası Hörmüz boğazı bölgəsində minalardan təmizləmə və gəmiçiliyin təhlükəsizliyini təmin etməyə yönələcək.
"Bütün dünya burada bir həll yolu görməlidir", - deyə o, Fransa Prezidenti Emmanuel Makronun sözlərini təkrarlayıb.
Starmer əlavə edib ki, bu su yolunun fəaliyyətinin bərpası davamlı və real təklifə əsaslanmalıdır:
"Qlobal enerji və ticarətin azad axınını yenidən təmin etmək, işləyən insanlar üçün qiymətləri aşağı salmaq məqsədilə tədbirlər görməliyik. Vətəndaşlarımız sülh və sabitliyə qayıdışı görməlidirlər və biz bunun üçün əlimizdən gələni edəcəyik".
Aysel Mətləb
tag: Britaniya,Hörmüz,Starmer,TodayPress TV,
