Britaniya ABŞ-yə rüsumsuz dərman satacaq
Birləşmiş Krallıq dünyada ABŞ-nin əczaçılıq məhsullarına tətbiq etdiyi tariflərdən azadolma əldə edən ilk ölkə olub.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya Səhiyyə Nazirliyi açıqlama yayıb.
"İldə ən azı 5 milyard funt sterlinq dəyərində olan Britaniya dərman ixracatı ABŞ-yə ən azı üç il ərzində tamamilə rüsumsuz daxil olacaq. Bu, Böyük Britaniyanı dünyada ABŞ-yə dərman ixracına sıfır tarif tətbiq edən ilk ölkə edir", - deyə məlumatda bildirilib.
Aysel Mətləb