“Bombardier” ABŞ bazarından çıxarıla bilər - Tramp ELAN ETDİ
ABŞ Prezidenti Donald Tramp təyyarə istehsal edən Kanadanın "Bombardier" şirkətinin ABŞ-də öz məhsullarını satmaq imkanından məhrum edilməli olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.
"ABŞ-də "Bombardier" satışı daha olmayacaq. Onların məhsulları kifayət qədər yaxşı deyil! Gəlirlərinin 50%-dən çoxu ABŞ-dən gəlir. Onlar amerikalı alıcıların, Amerika şirkətlərinin, Amerika hava limanlarının və Amerika xidmətlərinin hesabına yaşayırlar", deyə lider vurğulayıb.
Prezidentin sözlərinə görə, bütün bunlar Kanadanın Amerika banklarının və şirkətlərinin fəaliyyətini blokladığı bir vaxtda baş verir:
"Onlar hətta "Gulfstream Aerospace" şirkətinə Kanadada iş aparmağa imkan vermədilər. Bu, tamamilə ədalətsiz və namusdan kənardır. Bu era başa çatdı. Əgər onlar bizim bazarımızda olmaq istəyirlərsə, istehsalı burada qurmalı və Amerikaya pul qutusu kimi yanaşmağı dayandırmalıdırlar".
Qeyd edək ki, lider bu qadağa ilə bağlı başqa təfərrüat verməyib.
Aysel Mətləb