BMT İsrailin bu əməliyyatlarını “hərbi cinayət” adlandıra bilər
İsrailin Suriyanın cənubunda həyata keçirdiyi hərbi əməliyyatlar, o cümlədən reydlər, müdaxilələr və mülki şəxslərin saxlanılması hərbi cinayət kimi qiymətləndirilə bilər.
TodayPress TV “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin araşdırma komissiyası xəbərdarlıq edib.
Komissiyanın apardığı araşdırma zamanı 49 suriyalının saxlanıldığı müəyyənləşdirilib.
BMT komissiyası İsrailin bölgədə genişlənən hərbi mövcudluğunun Suriyanın suverenliyini və 1974-cü ildə imzalanmış qüvvələrin ayrılması haqqında sazişi pozduğunu bildirib.
Komissiya İsrailin Suriyanın cənubundakı hərbi fəaliyyətlərinin beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurduğunu qeyd edib.
Kübra Musayeva