BMT-də mühüm gün: Dünya liderləri Nyu-Yorkda toplaşır

BMT-də mühüm gün: Dünya liderləri Nyu-Yorkda toplaşır
08.09.2026 09:04 Dünya

BMT Baş Assambleyasının 81-ci sessiyası bu gün Nyu-Yorkda fəaliyyətə başlayır.

TodayPress TV xəbər verir ki, sessiyanın açılışında BMT-nin Baş katibi Antonio Quterreş və yeni sessiyanın prezidenti, Banqladeş nümayəndəsi Xəlilur Rəhman çıxış edəcəklər.

Sentyabrın 22-dən isə yüksək səviyyəli həftə başlayacaq. Ümumi müzakirələrdə 100-dən çox dövlət və 46 hökumət başçısının iştirakı gözlənilir.

Sessiya çərçivəsində dünya liderlərinin iştirakı ilə bir sıra mühüm görüşlər keçiriləcək.

Gündəliyin əsas məsələlərindən biri isə BMT-nin yeni Baş katibinin seçilməsi olacaq. Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.

Ümumi müzakirələr sentyabrın 22–26-da və 28-də keçiriləcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər