Belarus Litvaya etiraz notası göndərdi

Belarus Litvaya etiraz notası göndərdi
28.10.2025 03:10 Dünya

Belarus Xarici İşlər Nazirliyi Litva səfirliyinin nümayəndəsinə ümumi sərhədin birtərəfli bağlanması ilə bağlı etiraz notası təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilən növbəti birtərəfli sərhəd bağlanması ilə bağlı etiraz notası təqdim edilib", - məlumatda bildirilir.

XİN Vilnüsün qərarının Belarus, Litva və Avropa İttifaqı vətəndaşlarının hüquqlarına təsir etdiyini bildirib. Nazirlikdən vurğulanıb ki, Litvanın hərəkətləri Şengen zonasının və bütövlükdə Aİ-nin fundamental dəyərlərindən biri olan hərəkət azadlığının fundamental prinsiplərinə etinasızlıq nümayiş etdirir.

"Biz sıravi insanların siyasi konyukturanın əsirinə çevrildiyi bu cür hərəkətlərin xalq əleyhinə olduğunu dilə gətirməyə məcburuq", - XİN-in mətbuat xidmətindən qeyd edilib.

Bəyanatda həmçinin o da bildirilir ki, Belarus sərhəd nəzarəti məsələləri üzrə dialoqun və praktik əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər