BƏƏ İrana zərbələr endirməyi düşünür
BƏƏ hakimiyyəti İranın hücumlarına cavab olaraq ona qarşı hərbi əməliyyatlara başlamaq imkanlarını araşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, BƏƏ İranın ölkəyə raket və pilotsuz təyyarə hücumlarını dayandırmaq üçün hərbi əməliyyatları nəzərdən keçirir. Qeyd olunur ki, ölkə son günlərdə İsrail də daxil olmaqla, digər ölkələrdən daha çox İran hücumuna məruz qalıb.
Həmçinin BƏƏ Müdafiə Nazirliyi İranın 186 ballistik raket atdığını və onlardan 172-sinin ələ keçirildiyini bildirib.
Aysel Mətləb