BƏƏ-dən Tehrana milyardlar: Dünyanı silkələyən iddia

BƏƏ-dən Tehrana milyardlar: Dünyanı silkələyən iddia
14.06.2026 16:34 Dünya

BƏƏ mediasında yayılan məlumatlara görə, ölkə İranın öz ərazisinə hücumlarını dayandırması üçün Tehrana milyardlarla dollar vəsait ayırmağa razılaşıb.

TodayPress TV xəbər verir ki, "Business Recorder" nəşrinə danışan iki regional mənbənin sözlərinə görə, BƏƏ ümumilikdə 10 milyard dolların blokdan çıxarılmasına razılıq verib. İddialara əsasən, bu məbləğin 3 milyard dollardan çox hissəsi artıq İrana ötürülüb.

Məsələ ilə tanış olan digər iki mənbə isə razılaşmanın ümumi dəyərinin 20 milyard dollar olduğunu bildirib. Onların sözlərinə görə, bu addım İranın BƏƏ-yə qarşı hücumlarını dayandırması müqabilində razılaşdırılıb.

Qeyd edək ki, bu məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər