Baş nazirlik müddəti məhdudlaşdırılır – Orban üçün yol bağlanır?
Macarıstan Konstitusiyaya Baş nazirin səlahiyyət müddətinin iki dəfə olmaqla dörd illik müddətlə məhdudlaşdırılmasını daxil etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, müvafiq düzəliş yeni Baş nazir Peter Madyarın partiyası tərəfindən irəli sürülüb.
Təşəbbüsə əsasən, bir şəxs ardıcıl iki müddətdən və ya ümumilikdə səkkiz ildən artıq hökumət başçısı vəzifəsini tuta bilməyəcək.
Əgər yeni qayda əvvəllər xidmət etdiyi müddətlərə şamil edilərsə, 16 il hökumətə rəhbərlik etmiş keçmiş Baş nazir Viktor Orbanın yenidən bu vəzifəyə namizədliyini irəli sürməsi faktiki olaraq qadağan olunacaq.