Azyaşlı oğlunu öldürən şəxs müharibəyə göndərildi, qəhrəmana çevrildi
Rusiyanın Orenburq vilayətində bir yaş yarımlıq oğlunu amansızlıqla qətlə yetirən 22 yaşlı Pavel Raxmanovun sonradan Ukraynaya qarşı müharibəyə göndərildiyi bildirilir.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yanvarın əvvəlində baş verib.
Belə ki, Raxmanov azyaşlı oğlunu öldürdükdən sonra cəbhəyə göndərilməsini istəyib.
Məlumata görə, o, müharibəyə yollanmaqla cəzasından yayınmaq imkanı əldə edib.
Jalə Rövşən