“Siti” Artetanın yolunu seçdi - Mareskaya səbr edəcəklər

“Siti” Artetanın yolunu seçdi - Mareskaya səbr edəcəklər
23.11.2026 14:48 İdman

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska 2026/2027-ci illər mövsümünün sonunadək tutduğu vəzifədə qalacaq. Komandanın nəticələrindən asılı olmayaraq, italiyalı mütəxəssisin postundan ayrılması gözlənilmir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” nəşri “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, klub rəhbərliyi mütəxəssislə bağlı müqaviləyə növbəti ilin yayına qədər yenidən baxmamaq qərarını hələ mövsüm başlamazdan əvvəl qəbul edib.

“Mançester Siti” “Mançester Yunayted” və “Çelsi”də olduğu kimi, baş məşqçi dəyişikliklərinin tez-tez təkrarlanmasının qarşısını almaq istəyir.

Klub rəhbərliyi “Arsenal”ın çətin ilk mövsümlərində ispaniyalı baş məşqçi Mikel Artetaya göstərdiyi səbrdən nümunə götürür. “Şəhərlilər” hesab edirlər ki, məşqçiyə təzyiq göstərmədən öz oyun fəlsəfəsini formalaşdırması üçün vaxt vermək uğura gətirib çıxara bilər.

Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının 11 turundan sonra 22 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda lider “Arsenal”dan 6 xal geri qalır. “Şəhərlilər” son dörd turda bir heç-heçə edib və üç dəfə məğlub olub.

Namiq HUN

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər