"Axios”: ABŞ və İran arasında yeni danışıqların tarixi bəlli oldu
Amerika və İran danışıqlarının ikinci mərhələsi üçün bu həftəsonu görüşəcəklər və razılığa gəlməyə çalışacaqlar.
TodayPress TV “Axios”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Nəşrin məlumatına görə, danışıqların bazar günü İslamabadda keçirilməsi gözlənilir.
Aysel Mətləb