Avstriyada 3 günlük matəm elan edildi
Avstriyanın ikinci ən böyük şəhəri olan Qratsda məktəbdə baş verən silahlı hücum ölkəni sarsıdıb.
TodayPress TV yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 11 nəfər, o cümlədən atəş açan şəxs həyatını itirib, daha 11 nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Avstriya prezidenti Aleksandr Van der Bellen baş verənləri “ölkəmizin ürəyindən vurulması” adlandırıb və 3 günlük milli matəm elan edib. Dövlət bayraqları yarıyadək endirilib.
Hadisə Avstriyanın tarixində ən ciddi məktəb atışmalarından biri kimi qiymətləndirilir. Baş nazir Kristian Ştokker, vitse-kansler Andreas Babler və xarici işlər naziri Beate Maynl-Raysinger Qratsda baş tutan anım tədbirində iştirak ediblər.
Qiymət Mahir