Avstriya ABŞ təyyarələri ilə bağlı iddiaları təkzib etdi

Dünya

02.04.2026 17:32

Avstriya, ABŞ hərbi təyyarələrinin İranda yerləşən hədəflərə zərbə endirmək üçün tranzit məqsədilə öz hava məkanından istifadə etməsinə icazə verməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə "ORF" radiosu Avstriya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin sözçüsü bildirib ki, qərar ölkənin neytrallıq haqqında qanununa əsaslanır. 

“Əgər döyüş təyyarələrinin uçuş tələbləri aktiv münaqişənin hər hansı tərəfinə hərbi dəstək məqsədi daşıyırsa”, belə müraciətlər təsdiqlənmir. Bu o deməkdir ki, məsələn, Ukrayna və ya İrana uçuş tələbləri hazırda təsdiq edilməyəcək”, – qurum bildirib.

Bundan əvvəl İspaniya hakimiyyəti oxşar addım atmış, İtaliya isə ABŞ hərbi təyyarələrinin Siciliyadakı aviabazaya enməsinə icazə verməmişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: Avstriya,Təyyarə ,ABŞ,Hava məkanı ,Todaypress.tv,